Xəzər dənizində iki dəfə zəlzələ olub

img

09-10-2019 [11:12]


Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla 09:33-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 8 km olub.

Daha əvvəl isə yerli vaxtla 07:06-da Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.4, dərinliyi 20 km olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR