Türkiyə və Rusiya XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edib

08-10-2019 [17:34]
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, nazirlər Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirməyə hazırlaşdığı anti-terror əməliyyatını müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 7-də S.Lavrov İraqın şimalında səfərdə olub, ora kürd yerli hökumətin başçıları ilə Suriyadakı vəziyyəti müzakirə edib/Report.


SON XƏBƏRLƏR