Rus Dram Teatrının aktyoru vəfat edib

img

08-10-2019 [17:23]


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviç 64 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, S.A.Alekseyeviç 1955-ci ilin avuqustun 18-də Bakı şəhərində anadan olub.

O, 2000-2009-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra isə ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Dövlət Akademik Rus Teatrının səhnəsində dram artisti kimi çalışan Aleksey Saprıkin müxtəlif səpkili rəngarəng obrazlar qalereyası yaradıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı aktyorun ölümü ilə əlaqədar başsağlığı verib.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR