Abşeronda azyaşlılara qarşı seksual hərəkətlər edən Türkiyə vətəndaşı tutuldu

img

08-10-2019 [15:40]


Abşeron rayonunda Türkiyə vətəndaşı 2 yeniyetmə oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Belə ki, qəsəbə ərazisində bərbər işləyən Türkiyə vətəndaşı H.Derici salonda müştərisi 2006-cı il təvəllüdlü R.R və onun dostu, 2007-ci il təvəllüdlü O.M-ya qarşı seksual xarakterli hərəkətlər edib.

Yeniyetmələr hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı H.Derici saxlanılıb.

Araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR