Əli Əsədov: "Əsas problem doğma Qarabağımızın işğal altında qalmasıdır"

img

08-10-2019 [15:07]


Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında Baş Nazir vəzifəsinə təyinatı ilə bağlı çıxış edən Əli Əsədov ölkənin iqtisadi durumu ilə yanaşı, Qarabağ problemindən də söz açıb.

Mia.az xəbər verir ki, Əli Əsədov bu gün ölkənin əsas probleminin doğma Qarabağımızın işğal altında qalmasının olduğunu deyib:

"Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: "Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindəndir”.

Əli Əsədov deyib ki, son illərdə ölkəmizdə sosial problemlərin həlli istiqamətində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb:

"Uğurlu sosial siyasət nəticəsində əməkhaqqı 2,4 dəfə, pensiya isə 3 dəfə qaldırılıb. Ölkə rəhbərliyi Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharibə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahılları, uşaqları daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmətlə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır.

Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR