“Azercell” ilə ən sevilən filmləri izləmək artıq daha asandır

img

08-10-2019 [14:00]


Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell” abunəçilərini müasir dövrün trendlərinə uyğun xidmətlərlə sevindirir. 

Mia.az xəbər verir ki, texnoloji yeniliklərin tətbiqi vasitəsilə abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən "Azercell” ilə film seyr etmək artıq çox asandır. Belə ki, "Azercell”in təklif etdiyi "İVİ” xidməti istənilən zövqə uyğun 100 minədək filmi məkandan asılı olmayaraq, yüksək keyfiyyətdə izləmək imkanı verir.

"İVİ” xidmətindən günlük istifadə haqqı 0.40 AZN, aylıq abunəlik isə 5.99 AZN təşkil edir. Günlük abunəlik üçün "GUN”, aylıq abunəlik üçün "AY” açar sözünü 3333 qısa nömrəsinə göndərmək kifayətdir. "İVİ”yə ilk dəfə qoşularkən günlük abunəliyi seçən istifadəçilər 7 gün, aylıq abunəliyi seçən istifadəçilər isə 14 gün müddətində xidmətdən ödənişsiz istifadə edə biləcəklər. "iOS” və "Android” əməliyyat sistemlərini dəstəkləyən "İVİ” tətbiqini "Apple Store” və ya "Google Play” vasitəsilə yükləmək mümkündür. Məlumat üçün bildirək ki, müxtəlif janrlarda filmləri özündə cəmləyən bu xidmət, eyni zamanda, 5 müxtəlif cihazda, ən əsası isə, reklam olmadan filmləri seyr etmək imkanı verir.

Tətbiqi yüklə və ödənişsiz istifadə imkanından faydalanmağa tələs.

"Azercell” ilə rəqəmsal dünyanın ən son trendləri artıq daha əlçatandır.

Xidmət barədə ətraflı məlumat "https://www.azercell.com/az/personal/services/partner_services/ivi/” səhifəsində qeyd edilib.

Daha ətraflı məlumat üçün "[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR