Bakıda ağac maşınların üstünə aşdı

07-10-2019 [17:22]
Bu gün Bakıda əsən güclü külək fəsadsız ötüşməyib.

Səbail rayonu Nizami küçəsində külək irigövdəli ağacın aşmasına səbəb olub. Aşan ağac yol kənarında park edilmiş avtomobillərə ziyan vurub.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, qurum əməkdaşları artıq həmin əraziyə səfərbər olunub.


SON XƏBƏRLƏR