“Lotu Quli”nin yaxın adamının qətli ilə bağlı Tiflisdə aksiya... - Tələb nədir? + FOTO

img

07-10-2019 [14:50]


Tbilisidə Gürcüstan Baş Prokurorluğunun binası qarşısında aksiya keçirilib.

Mia.az "Report”a istinadla xəbər verir ki, aksiyada Rusiyada həbs olunan Emin Əhmədov və Hüseyn İskəndərovun cinayət işi üzrə istintaqın uzadılmasına etiraz bildirilib.

Aksiyada iştirak edən E.Əhmədov və H.İskəndərovun Azərbaycandan gələn ailə üzvləri, yaxınları və vəkilləri hər iki şəxsin istintaqının sürətləndirilməsi və onların Gürcüstanda mühakimə olunmasını tələb ediblər.

Aksiya iştirakçıları əllərində "İnsan haqlarını pozmayın!”, "Ədalətli qərar verilsin!” və digər şüarlar tutublar.

Vəkil Nika Sadradze "Report”a açıqlamasında bildirib ki, iş üzrə orijinal istintaq materialları Gürcüstan Baş Prokurorluğundadır: "İş üzrə qərar Gürcüstanda verilməlidir. Rusiyada ədalətli qərarın qəbul edilməsi mümkün deyil”.

Digər vəkil Maqomed İsmayılov öz növbəsində bildirib ki, hazırda Sankt Peterburqun İstintaq Komitəsində iş üzrə materiallarla tanışlıq prosesi davam edir: "Cinayət Tbilisidə törədilib, istintaq Gürcüstanda başlayıb, hadisənin şahidləri də bu ölkədədir. Buna görə də hesab edirik ki, Rusiyada işə obyektiv baxılmayacaq və ədalətli qərar verilməyəcək”.

Qeyd edək ki, Rusiya vətəndaşları olan E.Əhmədov və H.İskəndərov 2017-ci ilin sentyabrında Tbilisinin Ortaçala rayonunda kriminal avtoritet Elşən Məmmədovu ("Əmircanlı Elşən") qətlə yetirməkdə ittiham olunurlar. E.Məmmədov "Lotu Quli” ləqəbli "qanuni oğru” Nadir Səlifovun yaxın adamı olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR