Ərdoğan vədini tutdu: türk ordusu Fəratın şərqinə girir, PKK/YPG çıxılmaz vəziyyətdə qaldı - Ağ Ev-dən bəyanat

img

07-10-2019 [11:41]


"Türkiyə Suriyanın şimalını tutmaq planını həyata keçirərsə, bu ərazidə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərin taleyi qeyri-müəyyən qalar".

Mia.az xəbər veirr ki, bu bəyanatı oktyabrın 6-da Ağ Ev yayıb. 

Bildirilib ki, həmin gün Türkiyə və ABŞ liderləri telefonla danışıblar.

Ağ Ev bildirir ki, Suriyanın şimalındakı əməliyyata qatılmayacaq və ABŞ qüvvələri "həmin ərazidən çıxarılacaq”.

Türkiyənin son iki ildə ələ keçirilmiş İŞİD döyüşçüləri üçün məsuliyyət daşımalı olduğunu vurğulayan Ağ Ev-in bəyanatına görə, həmin döyüşçülərin gəldiyi "Fransa, Almaniya və Avropanın digər ölkələri” onları "istəməyib və geri qəbul etməyib”.

Xatırladaq ki, təxminən 20 gün əvvəl Ərdoğan bəyanat verərək "Əgər ABŞ Fəratın şərqindən (Suriyanın şimalı) PKK/YPG-lərin çıxarılmasını təmin etməzsə, həmçinin bölgədə təhlükəsiz ərazilərlə bağlı razılaşma istədiyimiz kimi olmazsa, o zaman Türkiyə təkbaşına əməliyyata başlayacaq", - mesajını vermişdi.

Bu arada isə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter” səhifəsində yazıb ki, Türkiyə Suriyanın şimalını terrorçulardan təmizləyərək, ölkənin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətlidir: "Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriyada keçiriləcək anti-terror əməliyyatı ilə açıqlama verib.

O, bildirib ki, ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də, bunun icrasına dünən başlanılıb: "Trampla axşamkı telefon danışığımızdan sonra geri çəkilmə başlamışdı. Bu təzə bir hadisə deyil, əksinə gecikmiş bir işdir. Cənab Donald Tramp bölgədən çıxmaqla bağlı əmr vermişdi. Ancaq bunun icrasını gecikdirirdilər. Qəbul etdiymiz bir qərar var. Qətiyyətimiz davam edir. Lazım olan təlimatı vermişik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub