Azay Quliyev Prezidentin mövqeyini ATƏT PA-ya belə çatdırdı - VİDEO

06-10-2019 [15:45]
Xəbər verdiyimiz kimi, ATƏT PA-nın vitse-prezidenti, deputat Azay Quliyev qurumun Mərakeşdə keçirilən iclasında çıxış edib.

Mia.az bildirir ki, o, çıxışında erməni ordusunun təmas xəttində mülki şəxsləri qətlə yetirməsi haqda da məsələ qaldırıb: 

"Mən Ermənistan rəhbərliyini Azərbaycanın Qazax bölgəsində günahsız azərbaycanlı mülki şəxslərə qarşı edilən bu vəhşi hücumu izah etməyə və eyni zamanda ATƏT PA-nın Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsinin bürosunu bütün beynəlxalq konvensiyalarla qəti qadağan edilmiş bu qeyri-insani cinayətə dərhal reaksiya verməyə və onu qınamağa çağırıram".

Həmin çıxışla aşağıdakı videodan tam tanış ola bilərsiniz:




SON XƏBƏRLƏR