Bakıda restoranda baş verən davada 2 nəfər döyülüb

img

06-10-2019 [11:24]


Bakıda restoranda iki nəfərin ciddi xəsarət alması ilə nəticələnən dava baş verib.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Ədalət” restoranında qeydə alınıb.

Belə ki, paytaxtın Nərimanov rayonu, Təbriz küçəsinin sakinləri, 1996-cı il təvəllüdlü Qasımov Fərid Nürəddin oğlu və Əliyev Vaqif Əlibala oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Hər iki şəxs dərhal təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q. Fəridə üzün yumuşaq toxumalarının əzilməsi, Ə. Vaqifə isə baş nahiyəsinin əziyi diaqnozu qoyulub.

Yaralılar aidiyyatı üzrə həkim nəzarətinə götürülüblər. Faktla bağlı araşdırma aparılır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR