Bakıda Britaniya vətəndaşı ürək nahiyəsindən bıçaqlandı

06-10-2019 [01:26]
Bakıda bıçaqlanma hadisəsi olub.

"Report” xəbər verir ki, hadisə Sabail rayonu, Nizami küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yerləşən parkların birində 1979-cu il təvəllüdlü Böyük Britaniya vətəndaşı Pol Hevist tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəmnində o, qarşı tərəfdən bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona, sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR