Nazir daha bir rəisi vəzifədən çıxardı

05-10-2019 [22:25]
Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilib.

Hələlik bu vəzifəyə təyinat yoxdur.

Qeyd edək ki, M.Məmmədov 2 ilə yaxın bu vəzifədə çalışıb/Report.


SON XƏBƏRLƏR