"Mən övladlarımla şantaj olunurdum” - Sabiq deputatdan şok açıqlamalar

05-10-2019 [14:56]
Keçmiş millət vəkili Gülər Əhmədova "mandat alveri” qalmaqlından və həbs edilməsinin səbəbləri barədə maraqlı açıqlamalar verib. 

Mia.az-ın məlumatına görə,  Gülər Əhmədova BBC-yə misahibəsində bildirib ki, o, iki siyasi qüvvə arasında gedən oyunun qurbanı olub: 

"Hamı çox gözəl bilir ki, iki siyasi qüvvənin bir-birinə qarşı oynadığı bir oyun var idi. Məni orada alət eləmək istədilər.  O da düzgün hesablanmamışdı. Adətən hesab edirlər ki, qadınlar zəifdirlər, onlara qarşı təzyiq vasitəsilə nəyisə onlardan almaq olar. Mən övladlarımla şantaj olunurdum”.

O, əvvəlcə konkret hansı siyasi qüvvə, yaxud şəxs tərəfindən şantaj olunduğunu açıqlamayıb: "Konkret siyasi qüvvə var idi, artıq indi yoxdur. Bəlkə də o adamın adını çox rahat çəkmək olar. Amma indi o adam vəzifədə deyil deyə onun adını çəkəndə deyərlər ki, yıxılandan sonra çəkir”.

Lakin jurnalistin bu barədə təkrar sualından sonra Gülər Əhmədova ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini nəzərdə tutduğunu deyib.


SON XƏBƏRLƏR