Müxalifətçilər Bakı polisinə çağırıldı - Piketlə bağlı xəbərdarlıq

05-10-2019 [13:18]
Oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

"Sərbəst toplaşmaq haqqında” qanununa əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcəkdir.

Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.


SON XƏBƏRLƏR