"Qarabağ" Lüksemburqdakı qələbəyə görə 570 min avro qazanıb

04-10-2019 [17:37]
"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda "Düdelanj”ı Lüksemburqda 4:1 hesabı ilə məğlub etdiyi üçün UEFA-dan 570 min avro mükafat alacaq.

Mia.az xəbər verir ki, Avropa futbol qurumu yarışın qrup mərhələsində hər qələbəyə görə bu qədər mükafat verir. Heç-heçə qarşılığında isə 190 min avro nəzərdə tutulub. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək.

Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Pley-offa çıxanlar əlavə 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar hərəyə 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.


SON XƏBƏRLƏR