Bərdədə mal-qara oğurlayan keçmiş məhkumlar saxlanılıb

04-10-2019 [18:03]
Bərdə rayonunda mal-qara oğurlayan keçmiş məhkumlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, sentyabr ayının 29-da Bərdə rayon sakini M.Məmiyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus iribuynuzlu heyvanının oğurlandığını bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri, əvvəllər məhkum edilmişlər Rafiq Xəlilov və Nüsrət Hüseynov saxlanılıblar. 

Onların, ümumilikdə, vətəndaşlara 5000 manat dəyərində ziyan vurduğu məlum olub. 

Belə ki, R.Xəlilovun və N.Hüseynovun ətrafında davam etdirilən araşdırmalarla 15 sentyabrdan 1 oktyabradək olan müddət ərzində Ağdaş rayonu ərazisində 16 baş xırda buynuzlu və 3 baş iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib. 

Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


SON XƏBƏRLƏR