DİM gələn il keçiriləcək buraxılış və qəbul imtahanlarının hazırlığına başlayıb

04-10-2019 [17:08]
İngilis dili, Azərbaycan dili, ədəbiyyat, alman dili, fransız dili, kimya, fizika, rus dili (tədris dili və xarici dil kimi), ədəbiyyat (rus bölməsi), ərəb dili, fars dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün işçi qruplar yaradılıb.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, işçi qruplar sentyabrın 30-dan fəaliyyətə başlayıb.  

İşçi qruplar tərəfindən buraxılış və qəbul imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara yenidən baxılması və proqramların təkmilləşdirilməsi, yeni tapşırıq nümunələrinin tərtib edilməsi üçün bölgü aparılıb.

Növbəti həftə işçi qruplar müzakirələri davam etdirəcək.


SON XƏBƏRLƏR