Azərbaycan-Gürcüstan sərhədində 2 sərhəd pozucusu saxlanıldı

04-10-2019 [16:31]

Azərbaycan-Gürcüstan sərhədində Əlcəzairin 2 vətəndaşının dövlət sərhədini pozmasının qar­şısı alın­ıb.

Dövlət Sərhəd Xid­mətinin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, oktyabrın 4-də Sərhəd Qoşunlarının "Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları - 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılın.

Saxlanılan şəxslərin sentyabrın 25-də Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaş­ları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildir­iblər.

Fakt üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.



SON XƏBƏRLƏR