Rusiyalı xanım jurnalist Tehranda saxlanıldı - Diplomatik gərginlik

04-10-2019 [15:47]
İran səfiri Mehdi Sənai rusiyalı jurnalist Yuliya Yuzikin bu gün Tehranda saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook"da yazıb: "Elə indicə agentliklərə məlumat verdim ki, Rusiya vətəndaşı Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar İran səfiri hadisənin başvermə səbəblərini operativ şəkildə aydınlaşdırmaq və rusiyalı qadının hüquqlarını təmin etmək məqsədilə Xarici İşlər Nazirliyinə çağırılıb".


SON XƏBƏRLƏR