Bakıda quldurluq hadisəsi baş verib

04-10-2019 [13:37]
Bakıda quldurluq hadisəsi baş verib.

Mia.az DİN-ə istinadla bildirir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov oktyabrın 2-də 1 nəfərin onu döyüb mobil telefonunu və 10 manatını almasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Nuralıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR