Bakı metrosunda qadının cibindən mobil telefonu oğurlanıb

img

04-10-2019 [13:25]


Bakı metrosunda qadının cibindən mobil telefonu oğurlanıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun "Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR