Salyanda bank hesablarından pul oğurlayan şəxs tutuldu

img

04-10-2019 [13:15]


Salyanda bank hesablarından pul oğurlayan şəxs saxlanılıb. 

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Salyan Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının da bank hesabından 1300 manat çıxararaq oğurlaması müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR