"Vəkillik peşəsi Azərbaycanda qədim və şərəfli tarixə malikdir" - Fikrət Məmmədov

img

04-10-2019 [12:09]


"Vəkillik peşəsi Azərbaycanda qədim və şərəfli tarixə malikdir".

"Report" xəbər verir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

O bildirib ki, Azərbaycan vəkilliyi zəngin və keşməkeşli inkişaf yolu keçib: "Azərbaycanda vəkilliyin formalaşması Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Cümhuriyyət hökumətində vəkilliyin geniş təmsil olunması xüsusilə əlamətdardır. Təbii ki, Sovet hökuməti qurulandan sonra totalitar hakimiyyət dövründə Azərbaycanda müstəqil vəkillikdən söhbət gedə bilməzdi. Müdrik kəlamda deyildiyi kimi, ədadlət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz".

Nazir vurğulayıb ki, vəkillik müstəqil hüquqi təsisat kimi müstəqilliyini bərpa etdikdən sonra formalaşdırılıb:

"Vəkilliyin inkişafına dəstək vermək məqsədilə dövlət başçısının ötən il imzaladığı sərəncam xüsusi qeyd olunmalıdır. Vəkil təkcə hüquqi yardım göstərmir, həm də ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmə fəal iştirak etməklə, öz peşəkarlığı ilə məhkəmə fəaliyyətinin keyfiyyətinə, vahid məhkəmə təcrübəsinin formalaşmasına töhfələr verir".

Nazir bildirib ki, Vəkillər Kollegiyasının infrastrukturunun günbəgün müasirləşməsi, o cümlədən regional vəkil bürolarının yaradılması, hüquqi yardımı təşkili üçün digər mütərəqqi addımlar sevindiricidir:

"Məhkəmə hüquq islahatlarının dərinləşməsi ilə bağlı Prezidentin fərmanında Vəkillər Kollegiyası ilə bağlı xüsusi müddəaların nəzərdə tutulması ölkədə vəkillər institutuna etimadın növbəti təzahürüdür".

Digər xəbərlər
SON XƏBƏRLƏR