04-10-2019 [00:15]
Qoç - Günün ilk yarısında hücum taktikası seçməyin. Mümkün qədər təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq vaxt və qüvvə sərf etməyin.
Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq. İmkanları real dəyərləndirin. Dəyər verdiyiniz insanla ünsiyyətdə aqressiv və sərt olmayın. Qısqanc davranmayın, kinli insan təsiri bağışlamayın.
Konkret məsələ ilə bağlı prioritetləri müəyyənləşdirin.
Danışıqlarla müzakirədə məsələni tam nəzərdən keçirin.
Buğa - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin.
Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.
Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.
Əkizlər - Günün ilk yarısında yaranmış situasiyanı diqqətlə təhlil edin. Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz hesabına çözə bilərsiniz.
Günün ikinci yarısında istənilən problemi həll edə bilərsiniz. Məqsədi dəqiqləşdirin. Saatlar keçdikcə ünsiyyət çevrənizi məhdudlaşdırın. Maliyyə, texniki və fiziki təhlükəsizliyinizi təmin edin. Diqqətli, sərvaxt olun.
Xərçəng - Çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə istəklərini nəzərə alın.
Günün ikinci yarısında situasiya yeni problemlər yaradacaq. Etibar etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza güvənin.
Şir - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun.
İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.
Günün ikinci yarısında hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin.
Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq.
Qız - Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Yeni simalar sizi stereotipləri dağıtmağa vadar edə bilər.
Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər salın.
Günün ikinci yarısında uzun-uzadı söhbətlər və müzakirələr effektiv olmayacaq. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - Günün ilk yarısında hadisələrin axarı qəfil məcraya yönələ bilər. Səbrli davranın, atacağınız addımları əvvəlcədən planlaşdırın. Ağır durumlarda neqativ hisslər sizi bədbinləşdirməsin. Yaşananlar sınaqdır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Tərəfdaş və ya şəriklə birgə fəaliyyətdə iş bölgüsü prinsiplərini pozmayın. Emosional davranaraq sonradan ağır fəsadlara səbəb ola biləcək qərarlar verməyin.
Axşam saatlarında evdən kənarda əylənə, istirahət edə bilərsiniz.
Əqrəb - Yaranmış problemləri vaxtında həll etsəniz, olayların axarında ciddi dəyişikliklər olmayacaq. Səbrli davranın, kəmhövsələlik etməyin. Sürprizlər və yeniliklər olacaq. Öhdəliklərlə vədlərinizə laqeyd qalmayın. Unutqan insan təsiri bağışlamayın.
Günün ikinci yarısında risklər istisna deyil. Yaşamınızda mərhələləri qarışdırmayın. Başladığınız işi yarımçıq qoymayın. Sözlərinizə fikir verin.
Axşam saatları hobbi və ya sevdiyiniz məşğuliyyət üçün əlverişlidir.
Oxatan - Əvvəlcədən tərtib olunmuş fəaliyyət proqramı pozulacaq. Maliyyə imkanlarınızı stress-testə məruz qoymayın. Qənaətli olun, hər manatın hesabını bilin. Çox istədiyiniz, əldə etmək istədiyiniz nəsnənin alınmasını ertələyin.
Çətin olsa da, bunu edin.
Günün ikinci yarısında təkliflərə kor-koranə razılıq verməyin. Manipulyasiyaya can atan insanın məramlarından xəbərdar olun. Dostlar və ya tərəfdaşlarla yeni işə başlamaq olar.
Axşam saatlarına yaxın məqsədə çatmaq üçün radikal tədbirlərə əl atmaq da olar. Ehtiyatlarınızdan, potensialınızdan bəhrələnin.
Oğlaq - Hisslərinizi nəzarətdə saxlayın. Fikir mübadiləsini qarşıdurmaya və davaya çevirməyin. Məqsədə çatmaq üçün operativ hərəkət edin. Problemli situasiyada sərt tədbirlərə əl atmayın. Adekvat yolu seçin.
Günün ikinci yarısında eyham və ya işarə alandan sonra hərəkətə keçin. Xahiş və təvəqqeləri qulaqardına vurmayın. Texniki manipulyasiyalar zamanı mövqeləriniz səbatlı, hərəkətləriniz dəqiq olmalıdır. Yeni texnika, yaxud da avadanlıqla ehtiyatla çalışın.
Təlimatlara, göstərişlərə əməl edin.
Dolça - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.
Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın.
Axşam saatlarında diqqətli olun.
Balıqlar - Günün ilk yarısında yaşanan hadisələri diqqətlə izləyin. Qarşı tərəfin dediklərinin fərqinə varın. Bir qədər passiv davranın. Yalnız fövqəladə hallarda, o da ki qısa müddətdə hiperaktiv ola bilərsiniz. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin.
Günün ikinci yarısında ötənlərlə bağlı faydalı məlumat əldə olunacaq. Özəl istəyə malik şəxs sizə yardım üçün müraciət edəcək. Yardıma sizin ehtiyacınız varsa, bununla bağlı etibarlı insana üz tutmaq olar.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB