Avropa Liqası: "Qarabağ" səfərdə 4 qolla qalib gəldi - 30-cu dəqiqədə təxribata görə oyun dayandı

img

04-10-2019 [01:17]


UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ" Lüksemburqda "Düdelanj”la oyuna çıxıb.

Mia.az xəbər verir ki, "Qarabağ” 11-ci dəqiqədə hesabı açıb.

Abdullah Zubir qola imza atıb - 0:1.

30-cu dəqiqədə Mişel 2-ci qolu vurub - 0:2

Bu qoldan sonra  oyunda fasilə yaranıb. Hakimin oyunu dayandırmasına səbəb isə meydanda baş evrən təxribat olub.

Belə ki, stadiona qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağı" dronla gətirilib. 

Bu dəqiqələrdə oyun qaldığı yerdən - 30-cu dəqiqədən bərpa edilib.

42-cxi dəqiqədə "Qarabağ" penaltidən hesabı artırıb - 0:3

62-də ev sahiblərinin oyunçusu qırımız kartla meydandan qovulub.

69-da "Qarabağ" daha bir qol vurub - 0:4.

90-cı dəqiqədə ev sahibləri qollardan birinin əvəzini çıxıblar - 1:4

Beləliklə "Qarabağ" səfərdə 1-4 hesablı qalib gələrək, top fərqinə görə qrupda 2-ci yerdə qərarlaşıb.

"Sevilya" 6 xalla 1-ci, "Düdelanj” 3 xalla 3-cü, APOEL isə xalsız sonuncu pillədədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR