Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə olunub

img

03-10-2019 [21:20]


Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib. 

Mia.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib (ilkin tibbi yardım göstərilib), 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR