Bakı Şəhər Baş Polis İdarəsi yol polisi ilə bağlı yayılan videonu araşdırır

img

03-10-2019 [16:58]


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxda polis əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə münasibət bildirib.

BŞBPİ-nin Mətbuat xidmətindən bildirilib ki, İdarə yayılan videogörüntülərdən məlumatlıdır.

Qeyd edilib ki, hazırda araşdırma aparılır, təfərrüatları ilə bağlı məlumat veriləcək.

Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, Bakı şəhəri, Ziya Bünyadov küçəsində polis əməkdaşı sürücünü cərimə yazmaq üçün saxlayıb. Daha sonra sürücü polis avtomobilinə əyləşib, digər polis əməkdaşı ilə nəsə danışıb. İddia olunur ki, polis əməkdaşları cərimə yazmaq əvəzinə rüşvət alıb və sürücünü yola salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR