Daxili İşlər Nazirliyi Bərdədə 2 nəfərin ölümü ilə bağlı məlumat yaydı

03-10-2019 [15:44]
Daxili İşlər Nazirliyi Bərdə rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi "VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən Emin Məmmədov və Elgün Kərimov orada ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR