Qazaxda qız qaçıran şəxs tutulub

img

03-10-2019 [15:09]


Qazaxda 28 yaşlı qadını oğurlayan şəxs saxlanılıb.

"Report”un xəbərinə görə, rayonun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.

Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə oğurlayıb.

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR