AYİB Gürcüstanda tunel inşasına 60 mln. dollar ayırıb

img

03-10-2019 [12:08]


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda Şimal-Cənub dəhlizinin Kveşeti-Kobi yolunda 9 kilometrlik tunelin inşasına 60 mln. dollar həcmində maliyyə resursunun ayrılmasını təsdiq edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Asiya İnkişaf Bankı bu yolun tikintisinə artıq 415 mln. dollar ayırıb. Dövlət tərəfindən maliyyələşdirmənin həcmi isə 83,6 mln. dollar təşkil edəcək.

Layihəyə əsasən iki zolaqlı 22,7 kilometrlik asfalt-beton örtüklü yolun çəkilməsi, 6 körpü, 5 tunel və 9 kilometrlik bir tunelin inşası nəzərdə tutulub.

Kveşeti-Kobi yolunun inşasına 2019-cu ildə başlanılacaq. Tikinti işlərinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulub. Bu yolda çəkiləcək 9 kilometrlik tunel Gürcüstanda ən uzun tunel olacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR