"Trampa müraciət etmək niyyətində deyiləm" - Putindən mesaj

img

03-10-2019 [11:19]


"Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün Qərb liderlərinə, o cümlədən ABŞ Prezidenti Donald Trampa müraciət etmək niyyətində deyiləm".

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, sanksiyaların yumşaldılmasını xahiş etmək faydasızdır:

"Mən bunun üçün heç vaxt müraciət etməmişəm və buna hazırlaşmıram. Münasibətlərin normallaşması hər iki tərəfin bu addımın səmərəsini anlamasından başlamalıdır”.

V.Putin bildirib ki, Qərbdə Rusiyaya qarşı sanksiya rejiminin davam etməsində heç bir əsas olmadığını başa düşəcəklərinə ümid edir/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR