ABŞ iqtisadiyyatının özəl sektorunda məşğulluq artıb

02-10-2019 [18:42]
Bu ilin sentyabr ayında ABŞ iqtisadiyyatının özəl sektorunda məşğul insanların sayı 135 min nəfər artıb. 

"Report" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin analitik bölməsi ("Moody's Analytics”) məlumat yayıb. 

Bildirilib ki, bu, iyun ayından bəri məşğulluqda ən yüksək artımdır, bununla belə, sentyabr ayı üzrə açıqlanmış proqnozdan 5 min nəfər azdır. 

"Moody's”in baş iqtisadçısı Mark Zandi bəyan edib ki, ABŞ şirkətləri işə qəbulla bağlı ehtiyatlı olmağa başlayıb. Onun sözlərinə görə, xüsusilə kiçik firmalar daha ehtiyatlı davranırlar. Bu cür davranış geniş vüsət alsa, ölkədə işsizlik səviyyəsi arta bilər. 


SON XƏBƏRLƏR