Baş Nazirin müavini: "İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə xidmətləri də genişlənəcək"

img

02-10-2019 [18:36]


Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən "Reporta"a verilən məlumata görə, Ə.Əhmədov bildirib ki, Azərbaycanda səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir. 

Onun sözlərinə görə, dövlət başçısı səhiyyənin inkişafını daim diqqət mərkəzində saxlayır: "Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət səviyyəsində zəruri addımlar atılıb. Məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilərək istifadəyə verilib. Bu yöndə işlər uğurla davam edir".

Bu il ölkə miqyasında geniş səviyyədə tətbiq olunacaq icbari tibbi sığorta haqqında qonağa məlumat verən Ə.Əhmədov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların aldığı səhiyyə xidmətləri də genişlənəcək.

Ə.Əhmədov BMT-nin qeyd olunan istiqamətlərdə fəaliyyətini təqdir edərək dövlət və vətəndaş cəmiyyətlərinin səyləri nəticəsində bütün dünyada yoxsulluğun və aclığın aradan qaldırılması, ana sağlamlığını yaxşılaşdırmaq və uşaq ölümü hallarını azaltmaq, malyariya, vərəm, QİÇS və s. kimi xəstəliklərə qarşı müvəffəqiyyətlər əldə olunduğunu vurğulayıb.

BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin isə Azərbaycanda da QİÇS, vərəm və hepatit epidemiyalarına qarşı əhalinin köməyə daha çox ehtiyacı olan təbəqələrinin profilaktika, müalicə və qayğı ilə daha yaxşı təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətlərdən, o cümlədən epidemiyaya nəzarət olunması, qiymətləndirilməsi və ona qarşı tədbirlərin görülməsindən məmnunluğunu ifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR