Almaniya prezidenti Gürcüstana səfər edəcək

img

02-10-2019 [18:05]


Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 6-da həyat yoldaşı Elke Büdenbenderlə birlikdə Gürcüstana rəsmi səfər edəcək.

"Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində o, Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşəcək.

Görüşdən sonra dövlət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.

F.Ştaynmayerin həmçinin Gürcüstanın baş naziri Giorgi Qaxaria, parlament sədri Arçil Talakvadze, Gürcüstan patriarxı II İlya ilə də görüşləri planlaşdırılıb.

Almaniya prezidenti Tbilisidə gürcü iş adamları ilə də görüşəcək, həmçinin bəzi məbəd və muzeylərə baş çəkəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR