BMT-nin xüsusi məruzəçisi Azərbaycana gəlib

img

02-10-2019 [17:12]


BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin Azərbaycana səfərə gəlib. 

Mia.az ƏƏSMN-ə istinadla xəbər verir ki, oktyabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində H.Elverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə çıxış edən nazir müavini Mətin Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu-sosial iqtisadi siyasət barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, cari ildə həyata keçirilən islahatlar çərçivəsində minimum əmək haqqı və maaşlar, müavinət və təqaüdlər, minimum pensiya artırılıb. Əlavə olaraq vətəndaşların problemli kreditlərlə bağlı çətinliyi aradan qaldırılıb. O, vurğulayıb ki, görülən bu işlər 4,2 milyon insanın yaşayışına müsbət təsirini göstərib.

M.Kərimli vətəndaşların mıəşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışıb. Özünüməşğulluq proqramı çərçivəsində görülən işlər barədə məlumat verən nazir müavini əlavə edib ki, görülən tədbirlər nəticəsində vətəndaşların aktiv məşğulluğunun təmin edilməsində mühüm nəticələr əldə olunub.

Nazir müavini DOST Agentliyi barədə də məlumat verərək əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatları vuğulayıb.

H.Evren təmsil etdiyi qurum tərəfindən Azərbaycanda sosial sahədə aparılan islahatları diqqət və maraqla izlənildiyini, müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi sahəsində görüləcək işlər müzakirə olunub.

Qeyd edək ki, H.Elver səfər çərçivəsində Qubaya və Gəncəyə səfər edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub