4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!

img

02-10-2019 [16:25]


Abunəçilərinə hər zaman yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən "Nar”, sürətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. 

Mia.az xəbər verir ki, aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni əhatə edir. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Hazırda "Nar”-ın hər üç abunəçisindən biri aktiv 4G istifadəçisidir. Ümumilikdə isə 4G istifadəçilərinin sayı 850 mini ötüb.

"Nar” 2019-cu ildə şəbəkədə quraşdırılmış 1018 ədəd LTE-A texnologiyalı baza stansiyaları da daxil olmaqla, 2740-dan çox 4G texnologiyalı baza stansiyası və 2722 ədəd 3G baza stansiyası ilə abunəçilərini yüksək sürətli şəbəkə ilə təmin edir. Mobil operator hazırda 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Sərfəli qiymətlərə təklif olunan internet paketlərindən və yüksəksürətli mobil şəbəkədən yararlanmaq üçün siz də "Nar”-a qoşula bilərsiniz. Daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR