Zakir Həsənov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

02-10-2019 [15:50]
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşüb.

 Mia.az bildirir ki, görüşdə hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər ilk görüşü xatırlayıb, o vaxtdan etibarən ikitərəfli münasibətlərdəki dinamikanı vurğulayıblar. 

Z.Həsənov hərbi sahədə təcrübə mübadiləsi və əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan hərbçilərinin müxtəlif beynəlxalq təlimlərdə iştirakına toxunan müdafiə naziri, bu növ əməkdaşlığın Meksika tərəfi ilə inkişaf etdirilməsi mümkünlüyünü qeyd edib.

Səfir R.Labardini, öz növbəsində, ticarət və turizm kimi müxtəlif sahələrdə də son dörd ildə ikitərəfli münasibətlərin möhkəmlənməsinin yolundan danışıb və hərbi, eyni zamanda hərbi-texniki sektorda əməkdaşlığın vacibliyini qeyd edib. Bundan əlavə, qarşılıqlı tanıtım və əlaqələrin qurulması üçün müvafiq beynəlxalq hərbi sərgiləri olan Meksikanın FAMEX və Azərbaycanın ADEX sərgilərində qarşılıqlı iştirakın təqdim etdiyi imkana istinad edib.

Tərəflər həmçinin hərbi əməkdaşlıq sahəsində ikitərəfli hüquqi baza ilə bağlı məsələləri və hər iki dövlətin Müdafiə nazirlikləri arasında əlaqələri müzakirə ediblər.


SON XƏBƏRLƏR