Putin Köçəryanın həyat yoldaşı niyə görüşdü?

img

02-10-2019 [14:18]


Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün oktyabrın 1-də Yerevana gələn Rusiya Prezidenti Vladimir Putin Rusiya səfirliyində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryan ilə görüşüb.

Mia.az bildirir ki, bu barədə Ermənistanın "Aysor” nəşri yazıb. 

Ermənistanın sabiq prezidentinin ofisi və Rusiya səfirliyi bu məlumatı şərh etməyiblər.

Erməni mediası iddia edir ki, görüşdə Köçəryanın həbsi məsələsi müzakirə olunub.

Xatırladaq ki, Paşinyan Köçəryanı həbs etdirib. Rusiya isə israrla onun azad olunmasını tələb edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR