Bakıda zorla başqasının saatını almağa cəhd edən keçmiş məhkum tutuldu

02-10-2019 [13:07]
Bakıda keçmiş məhkum quldurluğa cəhd edib.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, oktyabrın 1-də saat 20 radələrində metronun "Koroğlu” stansiyasının yaxınlığında bir nəfərə zor tətbiq edib qol saatını almağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov olması müəyyən edilib.

T.İsmayılov araşdırma aparılması üçün Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə təhvil verilib.


SON XƏBƏRLƏR