Mehriban Əliyeva Sami Yusufla görüşdü, Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim etdi

img

01-10-2019 [23:35]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.

Mia.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirdi. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladı, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğulayıb.

Birinci vitse-prezident bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.

Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim edib.

Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzulayıb.

Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR