Xocalı soyqırımı zamanı lentə alınan nadir fotolar yayıldı - Türk jurnalist tərəfindən + FOTOLAR

img

01-10-2019 [20:45]


Türkiyəli jurnalist İrfan Sapmaz Xocalı soyqırımı zamanı lentə aldığı bir neçə nadir fotonu sosial şəbəkədə paylaşıb.

İ.Sapmaz 1992-ci ildə Azərbaycanda Xocalı qətliamı zamanı o dönəmin "Sony” kamerası ilə çəkiliş edib.

"Olayı "Hürriyet” qəzeti və çalışdığım TRT vasitəsilə dünyaya ilk dəfə mən çatdırmışdım. Bəlkə də bu fotolarda olan qardaşlarımızdan bəziləri şəhid olub”, - deyə İ.Sapmaz bildirib.

Qeyd edək ki, İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir. 

O, müxtəlif ölkələrdə müharibə müxbiri kimi fəaliyyət göstərib. 90-cı illərin əvvəllərindən 2000-ci ilə kimi Azərbaycanda nəşr edilən "Avrasiya” qəzetinin sahibi və baş redaktoru olub.

Hazırda Türkiyədə fəaliyyət göstərir.

Oxu.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR