Astarada “VAZ-2107” camışla toqquşdu: 1 nəfər öldü, biri isə ağır yaralandı

01-10-2019 [16:25]
Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, sentyabrın 30-da saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Bakı şəhər sakini Z.Hacıyev idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış çamışı vurub və sonradan idarəetməni itirdiyindən avtomobil yol ayırıcısına çırpılıb. 

Nəticədə avtomobildəki sərnişin, Yardımlı rayon sakini Cavid Aslanov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR