Bakının iki rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranıb

01-10-2019 [16:03]
Bu gün Bakının iki rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranıb.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, qaz xətlərində sazlama işlərinin aparılması və yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün səhər saatlarından Xəzər rayonunun Buzovna qəsəbəsinin, həmçinin Sabunçu rayonu, Bilgəh qəsəbəsi və Albalılıq bağlar massivinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.


SON XƏBƏRLƏR