Müğənni Maral Tahirqızı yol qəzasında öldü

01-10-2019 [14:13]
Müğənni Maral Tahirqızı (Gülməmmədova Maral Tahir qızı) vəfat edib.

Mia.az Big.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Məlumata görə, M.Tahirqızı bu gün səhər saatlarında yol qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, Maral Tahir qızı 2015-ci ildə barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin oktyabrında azadlığa çıxıb.


SON XƏBƏRLƏR