Jurnalistlərin mənzillərinə elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq - Sabah

01-10-2019 [11:04]
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 2-də, saat 10:00-da ölkə başçısı İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.

Komitədən Mia.az-a verilən məlumata görə, tədbir oktyabrın 2-də saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.

Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə: Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov - 050-235-30-33.


SON XƏBƏRLƏR