Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

img

01-10-2019 [10:05]


Bu gün - oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

Mia.az xəbər verir ki, prokurorluq orqanlarının əməkdaşları prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğunun yaradılmasının 101-ci ildönümü münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları daha sonra Şəhidlər xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR