Bu gün bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

img

01-10-2019 [09:51]


Bu gün səhər saat 10:00-dan 2 rayonda qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Pirallahı rayonu "Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR