"O, vətənə xəyanət etdiyi üçün həbs olunmalıdır" - Tramp

img

30-09-2019 [17:32]


"ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığımı təhrif etdiyi üçün həbs edilməlidir”.

Bunu ABŞ prezidenti Donald Tramp "Twetter” hesabında yazıb.

"Adam Şiff Ukrayna prezidenti Vladimir Zelenski ilə danışığımla bağlı saxta faktlar açıqladığı və vətənə xəyanət etdiyi üçün həbs olunmalıdır”, - D.Tramp bildirib.

Qeyd edək ki, D.Tramp Vladimir Zelenski ilə 2019-cu ilin iyulundakı telefon danışığında ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlu Hunter Baydendən bəhs edib.

Xatırladaq ki, A.Şiff ermənilərin saxta iddialarını müdafiə, Dağlıq Qrabağa dair tarixi sənədləri və faktları tez-tez təhrif edir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR