Jurnalist deputatın istefasını alqışladı: "Nə özünü yordu, nə də cəmiyyəti"

30-09-2019 [17:19]
"Rəfael Cəbrayılovun özündə cəsarət tapıb, istefa verməsini təqdir edirəm”. 

Bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 

JAM sədri bildirib ki, nəhayət, Azərbaycan məmurlarında və deputatlarda istefa mədəniyyəti formalaşmalıdır: 

"Avropaya inteqrasiya kursu götürən bir ölkədə demokratiyanın təməl qanunlarına arxa çevirmək olmaz. Rəfael Cəbrayılov ona verilən mandata sahib çıxa bilmədi. İnad etməsinə, özünə bəraət qazandırmasına lüzum yox idi. Sağ olsun, nə özünü yordu, nə də cəmiyyəti. Bu ölkədə Rəfael Cəbrayılovdan nümunə götürməli xeyli adam var. Mən onları da analoji qaydada davranmağa dıvət edirəm. Məmurlar da, deputatlar da, cəmiyyətdə yeri, mövqeyi olan digər peşə sahibləri də ictimai qınaqla hesablaşmalıdırlar.

Hazırda sosial şəbəklər ictimai nəzarət finksiyasını yerinə yetirməkdədir. Obrazlı desək, cəmiyyətin gözü onları idarə edən adamların üzərindədir. Buna görə də hamı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Yorulanlar, tıncıxanlar könüllü şəkildə meydanı tərk etməlidirlər”.



SON XƏBƏRLƏR